Fransızlar smartfonları ilə daha çox vaxt keçirirlər

Fransızlar smartfonları ilə daha çox vaxt keçirirlər
09:05 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Fransa sakinləri vaxtlarını daha çox öz telefonları və müxtəlif cihazlarla keçirirlər, nəinki televizor qarşısında.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Flurry Analytics" analitik mərkəzinin əməkdaşları keçirdikləri araşdırmadan sonra bu qənaətə gəliblər.

Bu təşkilat "Yahoo!" şirkətinin filialıdır, onun səlahiyyətinə müxtəlif araşdırmaların keçirilməsi, əldə olunan məlumatların emalı və təhlili daxildir.

Mütəxəssislər Fransa sakinlərinin öz cihazlarına yüklədikləri 14 mindən artıq mobil əlavənin məlumatlarını öyrənməli olublar. Məlum olub ki, telefonları əyləncə məqsədilə 17 faiz daha çox istifadə etməyə başlayıblar, 31 faiz istifadəçi isə onunla işlərini yerinə yetirir.

2015-ci ildə müxtəlif idman əlavələrinin populyarlığı 217 faiz artıb. Bu isə ilk növbədə futbol üzrə Avropa Çempionatı və Olimpiya oyunları ilə bağlıdır.

Analitiklər vurğulayır ki, insanlar ildən-ilə mobil proqramlardan asılı vəziyyətə düşürlər. Gündəlik olaraq əlavələri 60 dəfədən çox istifadə edən istifadəçilərin sayı 60 faiz artıb. Bu məlumatların alınması üçün mütəxəssislər bütün dünya üzrə quraşdırılmış 830 mindən artıq mobil proqram məlumatlarını təhlil ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/476804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR