Hamilə qadınlara və valideynlərə XƏBƏRDARLIQ!

Hamilə qadınlara və valideynlərə XƏBƏRDARLIQ!
14:12 5 Yanvar 2015
133 Sosial
Ölkə mətbuatı
A- A+

Son vaxtlar gün ərzində hava şəraitində kəskin dəyişikliklər müşahidə olunur.

Gündüz saatlarında mülayim hava müşahidə edilsə də, axşam saatlarında temperatur kəskin dəyişir. Azərbaycan Tibb Universitetinin tibbi profilaktika kafedrasının müdiri, professor Aydın Məmmədov lent.az-a açıqlamasında bildirib ki, havanın dəyişmələrinə həssaslıq göstərən insanların sayı çoxdur: “Xüsusən ürək-damar, ağciyər, astma, qan xəstəlikləri, əzələ ağrıları olan insanlara temperatur dəyişmələri, maqnit fırtınaları öz mənfi təsirini göstərir”.

Professorun sözlərinə görə, bu cür xəstəlikləri olan insanların sağlamlıqları pozulur: “Maqnit fırtınalarına həssaslıq da müxtəlifdir. Bəzi insanlar bunu əvvəlcədən hiss edir, bəzi insanlarda isə maqnit fırtınaları baş verdikdən sonra bunu hiss edirlər. Əksər ölkələrdə həmin şəxslər dispanserlərin qeydiyyatındadırlar”.

A. Məmmədov vurğulayıb ki, hamilə qadınlar, süd verən analar, xəstəlik keçirmiş insanlar və kiçik yaşlı uşaqlar daha çox soyuqdəymə xəstəliklərinə tutulurlar: “Vətəndaşlar həyat tərzini tənzimləməlidirlər. Qidalanmaya və geyimə diqqət yetirməlidirlər. İnsanlar streslərdən qorunmalıdırlar”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/317316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR