Diqqət! Bakıda binanın bir neçə liftinin əyləc sistemi oğurlanıb

Diqqət! Bakıda binanın bir neçə liftinin əyləc sistemi oğurlanıb
11:27 11 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda yerləşən 8 bloklu binanın 4 liftinin əyləc sistemi oğurlanıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Gəncə prospekti 79 ünvanında qeydə alınıb.
Belə ki, bina sakinlərindən biri liftin çağırış düyməsini basıb. Bu zaman liftin sürətlə aşağı çırpıldığının şahidi olub. Məlum olub ki, digər bloklarda yerləşən liftlərdə də analoji problem var.

Texniki baxış zamanı binanın 4 liftindən əyləc sisteminin oğurlandığı aşkar olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Araşdırma aparılır.

Analoji hal Gəncə prospekti 63 ünvanında da qeydə alınmışdı. Bir həftə öncə həmin ünvanda liftlərdən birinin əyləc sistemi oğurlanmışdı.

Qeyd edək ki, əyləc sistemi mis tərkiblidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR