Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı birgə bəyannamə imzalanacaq

Pakistan baş nazirinin Azərbaycana səfəri zamanı birgə bəyannamə imzalanacaq
14:47 11 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Pakistanın Baş naziri Navaz Şərifin Azərbaycana səfərinin proqramı açıqlanıb.
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, N.Şərif Bakıya oktyabrın 13-də gələcək.
Üçgünlük səfər zamanı Baş nazir Navaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi nəzərdə tutulub.
Görüşlər zamanı ikitərəfli münasibətlər, o cümlədən ticarət əlaqələrinin inkişafı, investisiya qoyuluşu imkanları, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Səfəri zamanı birgə bəyannamənin imzalanacağı gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR