Yol polisi təkcə bir gündə 6793 sürücünü cərimələyib

Yol polisi təkcə bir gündə 6793 sürücünü cərimələyib
17:17 11 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları təkcə bir gündə 6793 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Məlumata görə, oktyabrın 10-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə, 4-ü isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.
 Sürət həddini aşdığına görə 3114 sürücüyə elektron protokol (MMX) tərtib edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR