ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa gedəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa gedəcəklər
17:57 11 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Dağlıq Qarabağa baş çəkməyi planlaşdırır.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik məlumat verib.
Onun sözlərinə görə, həmsədrlər regiona bu ay, amma bir qədər sonra səfər etməyi planlaşdırır. 
"Bu, Vyana və Sankt-Peterburqda yüksək səviyyədə başlanılmış işlərin və nizamlanmanın elementlərinin müzakirəsinin davam etdirilməsi üçün fürsətdir" - amerikalı diplomat bildirib.
Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinə görüş təklif edib-etməyəcəyi, təxmini yerin və zamanın bəlli olub-olmaması ilə bağlı verilən suala isə C.Uorlik belə cavab verib: "Prezidentlərin ilk imkanda görüşəcəyinə ümid edirik. Amma bu dəfə heç bir tarix və ya şərti məkan təyin olunmayıb".

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-regiona-sefer-cercivesinde-dagliq-qarabaga-gedecekler1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR