12 min adam nömrəsini daşıdı

12 min adam nömrəsini daşıdı
14:51 5 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı sürətlə artır.

ANS PRESS-in Məlumat Hesablama Mərkəzinə istinadla verdiyi məlumata görə, ötən ilin 1 fevralından etibarən göstərilməyə başlanılan xidmətdən indiyədək 12 mindən çox abunəçi istifadə edib.

Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.

Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR