ABŞ-ın hərbi gəmisi Yəmən istiqamətindən yenə raket atəşinə tutulub

ABŞ-ın hərbi gəmisi Yəmən istiqamətindən yenə raket atəşinə tutulub
22:52 12 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Yəmən sahillərində fəaliyyət göstərən ABŞ-ın "USS Mason" esminesi, eləcə də onu müşahidə edən desant nəqliyyat gəmisi "USS Ponce" yenidən raket atəşinə tutulub.
"Report" TASSa istinadən xəbər verir ki, atəş Yəmənin qiyamçı husilərin nəzarəti altında olan ərazisindən açılıb.
İnformasiyaya əsasən, gəmilər vəç şəxsi heyət xəsarət almayıb.
"ABŞ gəmisi Qırmızı dənizin Yəmənə aid sahilində olarkən yaxınlaşan iki raket qeydə alınıb. Hər iki raket gəmiyə çatmamış suya düşüb. Bununla belə esminesdən müdafiə atəşi atılıb", - deyə, ABŞ Müdafiə Nazirliyinin təmsiolçisi Ceff Devis bildirib.
Məlumata görə, oxşar hadisə o-ktyabrın 10-da da baş verib. Onda Pentaqon cavab tədbirinin görülməsi məsələsini gözdən keçirəcəyini bəyan etmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-in-herbi-gemisi-yemen-istiqametinden-yene-raket-atesine-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR