Siyəzəndə qəza: 1 ölü

Siyəzəndə qəza: 1 ölü
01:38 13 Oktyabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

"Report"un məlumatına görə, Bakı-Quba yolunun 97-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı BMW markalı, 90HK044 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü, 1978-ci il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı, Əzimov Habil Lətif oğlu hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər yüngül xəsarət alıblar. Sərnişin İbadov Sərvər Kamil oğluna Siyəzən RDM-də ilkin tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb.

Onlar Dağıstan Respublikasına işləməyə gedirmişlər.

Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR