Rusiyada ağır qəza:17 nəfər yaralanıb

Rusiyada ağır qəza:17 nəfər yaralanıb
08:32 13 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tula vilayətində ağır yol qəzası baş verib

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Venev şəhərində qeydə alınıb.
 
"Citroen" markalı minik avtomobili ilə "Qazel" markalı sərnişin mikroavtobusunun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan 5 nəfərin ağır yaralandığı bildirilir.
 
İlkin versiyaya əsasən, qəzaya mikroavtobus sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR