Malayziyada yeni kral seçilib

Malayziyada yeni kral seçilib
17:32 14 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Malayziyada yeni kral seçilib.
"Report" TASS-a istinadən xəbər verir ki, növbəti beş il ərzində kral Kelantan ştatının sultanı V Məhəmməd olacaq.
Bu barədə məlumat Hökmdarlar Şurasının 9 üzvü (irsi sultanlar) arasında kral rəsmi iqamətgahı olan İstana Neqara sarayında keçirilən gizli səsvermənin yekununda elan edilib.
Ənənəyə görə, monarx taxt-taca bu il dekabrın 13-də sahib olacaq.
Qeyd edək ki, buna qədər Əbdül Halim Muadzam Şah müasir Malayziya tarixində ilk dəfə iki beş illik müddətə hökmdar olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/malayziyada-yeni-kral-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR