ABŞ-da terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 3 nəfər həbs edilib

ABŞ-da terror aktı törətməyi planlaşdırmaqda şübhəli bilinən 3 nəfər həbs edilib
02:47 15 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kanzas ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları terror hadisəsi törətməyi planlaşdırmaqda şübhəli bilinən 3 nəfər həbs edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, onlar Kanzasın qərb hissəsindəki Qarden-Sitidə yaşayan Somali əsilli şəxslərə qarşı terror aktı törətməyi planlaşdırıblar.
Yaxın vaxtlarda onlara rəsmi qaydada ittihamlar irəli sürüləcək. 
Həbs edilənlərin adları açıqlanmır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-terror-hadisesi-toretmeyi-planlasdiran-3-nefer-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR