Bakıda bal yarmarkası - FOTO

Bakıda bal yarmarkası - FOTO
21:37 15 Oktyabr 2016
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 15-də Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 8 iqtisadi rayon üzrə 254 arıçı iştirak edib.
Milli.Az bildirir ki, fotoqraf Gülər Abbasova BBC Azərbaycanca üçün tədbirdən şəkillər çəkib.

Yarmarkaya bu il 71 ton 700 kiloqram bal çıxarılıb. Ötən il bu göstərici 250 tona yaxın olub.

Bu ilki yarmarkaya məhsullarını çıxaran arıçılar balın ötən ilkinə nisbətən bir qədər baha olduğunu bildirir. Bu il hava şəraitinə görə məhsulun az, lakin çəkilən xərclərin çox olması arıçılıq məhsullarının qiymətlərində artıma səbəb olub.
Balın 1 kiloqramının çəkisi yarmarkada 15-25 manat arası dəyişir. Arıçıların bildirdiyinə görə məhsul üçün çəkilən xərcləri satışdan çətinliklə qazana bilirlər.

Qaxlı arıçı Elnarə Həsrətova deyir ki, satışda təmiz akasiya balı yoxdur. Səbəb isə akasiya ağaclarının kəsilməsidir. Az sayda ağaclardan toplanan akasiya balı digər balların qarışığı ilə birgə satışa çıxarılır.

Lerikli arıçı Əzizağa İbrahimov bu il məhsulun azlığına baxmayaraq keyfiyyətinin yüksək olduğunu bildirir.

"Ötən il bir yeşik arıdan 8 kq bal ala bilmişdiksə, bu il məhsul 4 kq oldu. Havanın yağmurlu olması bu il məhsuldarlığı aşağı saldı",- Naxçıvanlı arıçı Müşfiq Məmmədov deyir.

Arıçıların dediyinə görə qiymətlərin bahalaşmasına baxmayaraq alıcılar az deyil.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/479180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR