Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv
ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən
sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Publika.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata
görə, bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya prezidenti
Vladimir Putin bildirib.
V. Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis
tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar: “KTMT
xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də
reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh
yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz
kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə
etdik”.