Ruandanın son kralı öldü

Ruandanın son kralı öldü
09:47 17 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Ruandanın son kralı, 80 yaşlı  5-ci Kiqeli dünən vəfat edib.

Milli.Az Daily Nation-a istinadən bildirir ki, əsl ad və soyadı Jan-Batist Ndahindurva olan kral əvvəllər Belçikanın müstəmləkəsi olmuş ölkədəki siyasi proseslər səbəbindən 1960-cı ildə Ruandadan qaçmışdı.

1961-ci ildə Ruandada monarxiya ləğv olunmuşdu.

5-ci Kiqeli bir neçə Afrika ölkəsində mühacirətdə yaşayandan sonra 1992-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda məskunlaşmışdı.

Birləşmiş Ştatlarda o, Ruandalı Qaçqınlara Yardım Fondu yaratmışdı. O, subsidiyalı mənzildə yaşayır, ərzaq yardımları alırdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR