Mosul əməliyyatı - yeni İraqın qurulması üçün ilk mərhələ

Mosul əməliyyatı - yeni İraqın qurulması üçün ilk mərhələ
15:47 17 Oktyabr 2016
119 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ İki il dörd ay yeddi gündən sonra İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi istiqamətində əməliyyat başlayıb. Bunu İraqın baş naziri Heydər əl-İbadi rəsmən elan edib.
Əməliyyat oktyabrın 17-də gecə saatlarında start götürüb. Məlumata görə, əməliyyat eyni vaxtda 3 istiqamətdən aparılır: Mosulun şərqindən, Hazer cəbhəsindən İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstəsi (peşmərgə), bölgənin cənubundan Güver və Geyyara cəbhələrindən isə İraq ordusu hərəkət edir.
Oktyabrın 16-dan isə koalisiya qüvvələrinə aid döyüş təyyarələri İŞİD-in mövqelərini bombalayır. Terrorçular isə ərazini görünməz hala salmaq məqsədi ilə xəndəklərə doldurduqları xam nefti yandırıblar.
Əməliyyatın ilk hədəfi Mosul əyalətinin Hamdani və Karakuş rayonlarının terrorçulardan təmizlənməsidir.
Əl-İbadi əməliyyatın başlaması ilə bağlı televiziyadakı müraciətində Mosul sakinlərindən dəstək istəyib, amma şimaldakı muxtariyyətin silahlıları, Başikada Türkiyənin təlim verdiyi Ninova mühafizə dəstəsi və İranın dəstəklədiyi "Haşdi Şabi" silahlılarından söz açmayıb.
Bununla belə, kürd silahlıları Mosulun mərkəzinə 10 km, Ninova mühafizə dəstəsi isə 2 km-ə qədər yaxınlaşacaq. Şəhərin mərkəzinə isə İraq ordusu və polisinin girməsi nəzərdə tutulub.
Məlumata görə, İraqın ikinci böyük şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatında 30 mindən çox hərbçi iştirak edir.
Əsasən türkmən, ərəb və kürdlərin yaşadığı bu əyalətə İŞİD 2014-cü il iyunun 4-də hücum edib və həmin ayın 10-da Mosulu ələ keçirib. Əyalətin 6 gün ərzində terrorçuların nəzarəti altına keçməsini İraq ordusunun əyalət uğrunda döyüşməməsi ilə əlaqələndirirlər. Hətta İŞİD-in Mosuldakı banklardan yüz milyonlarla dolları, İraq əsgərlərinin qoyub qaçdığı silah-sursat və texnikanı mənimsədiyi haqda da xəbərlər yayılmışdı. Başqa sözlə, İŞİD Mosulu ələ keçirdikdən sonra həm silah, həm də maliyyə cəhətdən gücləndi. Bundan başqa, əyalətin neft quyuları da qruplaşmanın nəzarətinə keçdi.
İŞİD-in Mosulu ələ keçirilməsi həm də İraq hökuməti, ordusu, generalları arasında intriqanın olduğunu göstərdi. Elə ona görə də bu vəziyyət o zamankı baş nazir Nuri ək-Malikinin istefası ilə nəticələndi.
Düzdür, bu, İraqda baş verənlərin görünən tərəflərindən bir epizoddur.
İraq hökuməti və koalisiya qüvvələri ilyarımdan çoxdur bu bölgənin azad edilməsi istiqamətində hazırlıq görür. Bu il ərzində əməliyyat iki dəfə - yaz və yayda təxirə salınıb.
Mosuldakı İraq ordusunun 3 diviziyası ABŞ-ın müasir silahları ilə silahlandırılmışdı və texnikası ilə təmin olunmuşdu. Onlar 120 mm-lik "M1129 Stryker" minaatanlar, azı 700 "Humvee" zirehli maşınlarla təmin edilmişdi və s. Bütün bu texnikalar o zaman sözün əsl mənasında İŞİD-ə qalmışdı...
Mosulun azad edilməsinə İŞİD-ə qarşı mübarizə aparan, yaxud da apardığını bildirən bütün dövlətlər razılıq verib. Bu baxımdan Mosulun yaxın günlərdə terrorçulardan təmizlənəcəyi istisna edilmir. Bu əməliyyat yalnız terrorçuları dünya və ya bölgədəki güclərdən biri dəstəklədiyi halda pozula bilər. Hələlik hər hansı ölkənin belə bir istəkdə olması hiss edilmir.
Mosulun terrorçular tərəfindən ələ keçirilməsi İŞİD-in nüfuzunun artmasına təsir etmişdi. Əyalətin azad olunması isə təkcə İraqın deyil, Suriyanın da taleyinə təsir göstərə bilər. Mosul əməliyyatını Suriya və İraqda terrorçulara qarşı mübarizə apardığını elan edən 60-dan artıq dövlətin həm gücünün, həm də münasibətinin göstəricisi də saymaq olar. Mosulun azad edilməsi İraqın gələcəyini müəyyənləşdirəcək. Bu baxımdan əsas terrorçulardan azad olunmuş Mosulun sonrakı teleyidir. Başqa sözlə, bu əyalətə kim nəzarət edəcək? İraqın şimalındakı kürd muxtariyyəti, yoxsa Bağdaddakı hökumət? Mosuldakı etniklərin milli haqları necə təmin ediləcək? İslam daxilində sünni-şiə qarşıdurmasını istəməyənlərin istəklərinin əleyhinə əyalətdə yaradılan dini ayrıseçkilik problemi necə həll ediləcək?
Bu baxımdan İraqın qonşu dövlətləri olan Türkiyə və İran hiss ediləcək şəkildə görtünməsələr, yaxud adları az çəkilsə də, Mosulun terrorçulardan təmizlənməsi əməliyyatının fəal iştirakçılarından sayılırlar. Türkiyənin İraqda varlığını Bağdad hökuməti istəmədiyini dəfələlə bəyan edib. Elə rəsmi Tehran da bu mövqeyi dəstəkləyir.
Ancaq Türkiyə Lozanna və Ankara müqavilələrinə əsasən İraqda olduğunu bəyan edir. Həmin beynəlxalq anlaşmalara görə, Mosul və Kərkükdə "ilhaq, istiqlal və ya hər hansı bir idarəetmə formasının yaranması elan edilərsə, o zaman Türkiyə bu qərarların qəbul edilməsində söz haqqına sahibdir".
Digər tərəfdən isə İraqın ərazi bütövlüyü çoxdan pozulub. 30 ildən artıqdır Türkiyənin ərazi bütövlüyünə qənim kəsilən terrorçu PKK qruplaşması bu ölkə ərazisində yerləşib. Onlar İraqın keçmiş prezidenti Səddam Hüseynin hakimiyyəti illərindən ta keçmiş baş nazir Nuri əl-Malikinin və indiki hökumət başçısı Heydər əl-İbadinin dövrünədək eyni formada fəaliyyət göstərirlər.
Rəsmi Ankara İraq və Suriyanın ərazi bütövlüyü mövqeyindən çıxış etdiyini bildirməklə yanaşı, qonşu dövlətlərdə mərkəzi hakimiyyətin zəifliyi və ya ölkə ərazisinə tam nəzarət edə bilməməsi səbəbindən həmin terrorçu qruplaşmaya qarşı mübarizə aparırlar. Yaxud bölgəyə aidiyyəti olmayanlar İraq və Suriya ərazilərində antiterror əməliyyatı həyata keçirdiklərini bəyan etdikləri halda, Türkiyə dövlətinin varlığını təhdid edənlərin fəaliyyətinə seyirçi qala bilərmi?! Təbii ki, yox.
Məlumatlara əsasən, İran İnqilab Keşikçiləri Qvardiyasının xarici qolu sayılan "Qüds"ün silahlılar İraq və Suriya ərazisindədir. İraqda ümumilikdə İranın 7 hərbi kəşfiyyat idarəsi heç bir qanuna əməl etmədən fəaliyyət göstərməkdədir. ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və başqalarının adlarını çəkməyə ehtiyac duymuruq.
Türkiyənin İraqda cəmi 2 min hərbçisi var. Onlar da Mosula yaxın Başika bölgəsində yerləşib və terrorçulara qarşı təlim verməklə məşğul olurlar.
Türkiyə ilk növbədə İraqdakı türkmənlərin milli haqlarının təmin olunmasında maraqlıdır. Bu da onun heç şübhəsiz təbii istəyidir. Çünki türkmənlər illər uzunudur Bağdaddan yürüdülən siyasət nəticəsində assimlyasiyaya məruz qalır.
İranın marağı ikinci şiə dövlətinin mövcudluğunu qorumaq və daha çox öz təsiri altına salmaqdır. Səddam Hüseyn devrildikdən sonra İraq hökumətində baş nazir şiə, prezident isə sünni, daha doğrusu, kürddür. Hakimiyyətin belə bölgüsü bir qədər Livanı xatırladır. Orada hökumət müsəlmanlardan, prezidenti isə xristianlardan formalaşır. Hökumətdə şiələrə də pay verilir.
Livanda baş verənlər bu bölgünün heç uğurlu olmadığını sübut edib. Bu baxımdan son 13 ildə İraqda da hakimiyyətin şiə və kürdlər arasında bölünməsinin uğurlu olmadığı təsdiqlənməkdədir.
Kürdlər də istəklərini gizlətmir. Onlar Kərkük və Mosul da daxil olmaqla İraqın şimalında müstəqil dövlət qurmaq istəyirlər. Onların bu istəklərinin gerçəkləşməsi isə daha çox İran və Türkiyədən asılıdır. Bu etnik qrupun adından fəaliyyət göstərən terrorçular isə ərazi bütövlüklərini parçalamaq məqsədi ilə Türkiyə və İran ərazisində çeşidli terror aktları törədirlər.
Bir haşiyə: İraqın hazırkı prezidenti kürd etnik qrupunun təmsilçisi Fuad Məsumdur. O, 2014-cü ilin yayında baş nazir postuna Heydər əl-İbadinin namizədliyini irəli sürmüşdü. Onda ABŞ prezidenti Barak Obama onun namizədliyinin doğru olduğunu bəyan etdi və ölkənin siyasi liderlərini birgə işləməyə çağırdı. Əl-İbadiyə İraqı problemlərdən qurtaracaq əsas fiqur kimi baxırdılar. O, İŞİD Mosulu tutduqdan iki ay sonra - 2014-cü il avqustun 10-dan baş nazir olub. Həmin il sentyabrın 8-dən isə vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, o, 1952-ci ildə Bağdadda anadan olub. Uzun illər Böyük Britaniyada siyasi mühacir kimi yaşayıb. Hələ 15 yaşında İraqdakı şiələrin hüquqlarının müdafiəsinə qalxan partiyaya qoşulub.
Bağdadda elektrik mühəndisi kimi təhsil almış İbadi 1970-cı ildə Britaniyaya gedib. Mançester Universitetində doktorluq müdafiə edib. O, Birləşmiş Krallıqda Səddam Hüseynin ən radikal tənqidçiləri arasında olub. S.Hüseyn hakimiyyətinə qarşı mübarizə aparan partiyalardan birinin fəalı olub. 1982-ci ildə BƏƏS onun 2 qardaşını edam edib, üçüncü qardaşını isə 10 illik həbsə atıb. 1983-cü ildə onu İraq vətəndaşlığından da məhrum ediblər. Onun atası mühacirətdə dünyasını dəyişib və Londonda dəfn olunub...
Əl-İbadinin ömür yolunu ona görə xatırlatdıq ki, o, qərbin və İranın razılığı ilə İraqın baş naziridir. İraqın gələcəyində isə əsas rolu britaniyayönümlü siyasətin həll edəcəyi ehtimalı böyükdür. Başqa sözlə, İraqda məsələ elə həll ediləcək ki, orada münaqişənin yenidən alovlanması üçün mövzu qalsın.
Beləliklə, Mosulun azad edilməsi ilə iş başa çatmır. Bu, yeni İraqın qurulması üçün birinci mərhələ də sayıla bilər.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mikayıl Cabbarova yeni vəzifə veriləcək

20 Sentyabr 2017 09:57

Abbasovlar Azərbaycanı tərk etdi

20 Sentyabr 2017 09:57

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri 2 hissəyə bölünəcək

20 Sentyabr 2017 09:57

Kim cavab verəcək, Kamran Quliyev?

20 Sentyabr 2017 09:57

İntihar: 32 yaşlı kişi özünü körpüdən atdı

20 Sentyabr 2017 09:57

Avropa Liqasının finalı Bakıda keçiriləcək

20 Sentyabr 2017 09:53

Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib

20 Sentyabr 2017 09:52

Avtobus sürücüsünün döyülmə anının YENİ GÖRÜNTÜLƏRİ

20 Sentyabr 2017 09:48

3-cü dəfə özündən 20 yaş gənc qızla evlənən məşhur aparıcının MÖHTƏŞƏM TOYU - FOTO/VİDEO

20 Sentyabr 2017 09:48

Dünya birjalarında neftin

20 Sentyabr 2017 09:48

“Barselona”nın futbolçusu: “Robert Prosineçki xorvatlar üçün qəhrəmandır”

20 Sentyabr 2017 09:47

“AXA MBASK”ın səhmdarları toplaşacaq

20 Sentyabr 2017 09:42

Qızıl 6 dollar

20 Sentyabr 2017 09:41

Ağır yol qəzası: 4 nəfər öldü

20 Sentyabr 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03