FHN 77 nəfəri xilas etdi

FHN 77 nəfəri xilas etdi
15:38 18 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir”, - deyə məlumatda bildirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR