Konqresmen Stiv Kohen Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib

Konqresmen Stiv Kohen Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib
08:17 19 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Tennesi ştatından olan demokrat üzvü, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı sefirliyindən Milli.Az-a verilən məlumata görə, ölkəmizin ABŞ-dakı Səfirliyinə təqdim olunmuş bəyanatda "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinin 25-ci ildönümünün qeyd olunduğu bildirilir.

Bəyanatda 1991-ci il, 18 oktyabrda müstəqilliyini bəyan edən Azərbaycanın qlobal enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində vacib müttəfiqə çevrildiyi qeyd olunur. Eyni zamanda, müsəlman əksəriyyətli cəmiyyəti olan dünyəvi dövlətdə etnik və dini dözümlülük baxımından bir nümunə olduğu vurğulanır. Bəyanatda həmçinin, Azərbaycan İsrail dövləti ilə yaxşı əlaqələrə malik olduğuna görə təqdir edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR