Azərbaycanda sulu qəlyanlara məhdudiyyət qoyula bilər

Azərbaycanda sulu qəlyanlara məhdudiyyət qoyula bilər
08:44 19 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsi artıq hazırdır.

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: “Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir”.

M.Quliyev qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR