Azərbaycanda ana ölümlərinin səbəbləri...

Azərbaycanda ana ölümlərinin səbəbləri...
14:17 19 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ötən illərlə müqayisədə ana ölümlərinin sayında azalma qeydə alınıb. Təhlillərin nəticələri göstərir ki, əksər hallarda ana ölümlərinin səbəbi ekstogenikal patologiyadır".

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib. O bildirib ki, xəstələrin sayının artması bu gün anaların müayinəsi və ekstogenikal xəstəliklərin aşkarlanmasının faizinin artması ilə bağlıdır: "Aprel ayından bu vaxta qədər 6 aparıcı müəssisənin həkimləri ana ölümlərinin qarşısını almaq məqsədilə regionlara ezam olunub. Onlar anaları, ailələri maarifləndirirlər".

Ana ölümlərinin qeysəriyyə, yoxsa təbii doğuşlar zamanı daha çox müşahidə edilməsinə gəldikdə, S.Məmmədova bu rəqəmin bərabər olduğunu bildirib.

"Normal doğuş bir anda patologiyaya çevrilə bilər. Qadın hər ay həkimə müraciət edirsə, həmin qadınlarda doğuş zamanı fəsadlaşmanın olması riski aşağı olur. Lakin təəssüf ki, adətən bizə ağırlaşmalarla müraciət edirlər".

S.Məmmədova hamilə qadınların əsasən normal doğuşa önəm verdiklərini deyib: "Bu iki proses arasındakı fərqi müəyyən etmək üçün Doğuşayardım Tibb Komissiyasının səviyyəsinə baxmaq lazımdır. Elə doğuşayardım tibb müəssisəsi var ki, ora yalnız fizioloji baxımdan doğuş vaxtı çatmış analar müraciət edir. Üçüncü dərəcəli tibb müəssisələrinə daha çox ağır patologiyalı xəstələr müraciət edir. Bu müəssisələrdə qeysəriyyə kəsiyinin faizi respublika üzrə olandan daha çox ola bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR