UNDP: Yerlərdə ailələrə istehlak üçün səmt qazı ötürüləcək

UNDP: Yerlərdə ailələrə istehlak üçün səmt qazı ötürüləcək
16:32 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Regionun ən böyük şirkətlərindən olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ilə qədər qaz emissiyasını 40%-ə qədər azaldacaq. "Report" xəbər verir ki, bunu oktyabrın 18-21-də Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII Beynəlxalq Forumda çıxış edən BMT-nin İnkişaf Proqramının (UNDP) layihə meneceri Nazim Məmmədov deyib.
N.Məmmədovun sözlərinə görə, Azərbaycanda 2025-ci ilə qədər karbon emissiyasının həcmi də azalacaq: "2025-ci ilə qədər qənaət edilən GHG emisiyasının (Green House Gas emissions) həcmi 115,6 meqatona çatdırılacaq. Hazırda evlərdə enerji istehlakı ümumi sənaye istehlakının 30-40%-nə bərabərdir".
BMT rəsmisi deyib ki, Azərbaycanda tükənən resurs sahələrində (neft və qaz) aşağıkarbonlu istifadə üçün Milli Vəziyyətə Uyğun Müvafiq Azaltma Tədbirləri (NAMA) layihəsi müddətində havaya atılan karbondioksidin (CO2) həcmi azalacaq:
"NAMA layihəsi 2015-ci ildə təklif edilib və qəbul olunub. Ümumilikdə, 5 il müddətində davam edəcək layihə müddətində enerji istifadəsinin effektivliyi ilə bağlı təcrübə apardığımız binalarda 10 500 ton CO2 emissiyasına qənaət ediləcək. Layihənin digər predmeti isə avtomobillərdən havaya buraxılan CO2-nin həcmini azaltmaqdır ki, layihə nəticəsində 98,2 ton CO2 azalmasına da nail olmaq mümkündür. Həmçinin, layihə müddətində minik avtomobilləri sürücülərinin 20%-nə, iritonnajlı avtomobillərin sürücülərinin isə 50%-nə təlimlər keçiləcək və bunun nəticəsində 1 495 ton CO2-nin havaya atılmasının qarşısı alınacaq", - deyə UNDP təmsilçisi qeyd edib.
N.Məmmədov deyib ki, layihə çərçivəsində səmt qazının havaya atılmasının da qarşısının alınması üçün işlər görüləcək: "Nəhayət, layihənin III fazası neft çıxarılan ərazilərlə bağlıdır ki, burada neftlə bərabər hasil edilən səmt qazının ətrafda yaşayan ailələrə ötürülməsinə nail olunacaq. Məsələn, "Siyəzənneft"in ətrafında 600-dən çox ailəyə səmt qazı ötürüləcək ki, bu da 549 044 ton CO2-yə qənaət etmək deməkdir".

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/undp-yerlerde-ailelere-istehlak-ucun-semt-qazi-oturulecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR