Rusiyada kriminal avtoritet Nikolay Troyanın oğlu
Yevgeni Yudin öldürülüb.
Hadisə ötən həftəsonu Novouralskda baş verib. Məlumata görə, hadisə
baş verən zaman 27 yaşlı Yudin 40 yaşlı tanışı və 2 qızla birlikdə
15-ci kilometrdə yerləşən mənzildə olublar. Spirtli içki qəbul edən
tanışlar arasında mübahisə düşüb. Bu zaman Yudinin tanışı ona bıçaq
zərbəsi endirib. Zərbə avtoritetin oğlu üçün ölümcül olub və o,
hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb. Qatilin axtarışları davam
edir.
Yerli sakinlərin sözlərinə görə, cinayət baş verən mənzil bu zamana
qədər də yalnız ölüm halları ilə yadda qalıb. Belə ki, Yudindən
öncə burada 3 qətl törədilib.
Qeyd edək ki, Nikolay Troyan hazırda həbsdə olmasına baxmayaraq
Novouralska “nəzarət edən” şəxs hesab olunur. (Aznews.az)