Pakistanlı həmkarı İlham Əliyevi təbrik edib

Pakistanlı həmkarı İlham Əliyevi təbrik edib
19:14 21 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevi müstəqillik günü münasibəti ilə təbrik edib.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri,

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Pakistan ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələri qarşılıqlı hörmət, mədəni dəyərlərin ümumiliyi, həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərimizin oxşarlığı əsasında qurulub. Ölkələrimiz həmişə sınaq anlarında və çətin zamanlarda bir-birinə dəstək olublar. Əminəm ki, ölkələrimiz arasında mövcud münasibətlər gələcək illərdə daha da güclənəcək.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqına tərəqqi arzulayıram.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR