Yeni həmsədr Qarabağ üçün nə vəd edir?

Yeni həmsədr Qarabağ üçün nə vəd edir?
10:32 22 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrini dəyişib. Fransa hökumətinin rəsmi saytında yer alan məlumata görə, bu vəzifəyə Pyer Andriunun əvəzinə Stefan Viskonti təyin olunub. 

Həmsədrin dəyişdirilməsi münaqişənin həlinə necə təsir göstərəcək?

Politoloq Qabil Hüseynli hesab edir ki, həmsədrlərin dəyişdirilməsi işin xeyrinə olan hal deyil: "Qərb ölkələrində diplomatların vəzifədə işləmə müddəti var. Onlar hər 4 ildən bir səfirləri və bu tip missiyaları yerinə yetirən diplomatları dəyişirlər. Münaqişəli bölgələrdə işləyən diplomatların dəyişdirilməsi işin xeyrinə deyil. Çünki diplomatların dəyişdikdən sonra həm problemin öyrənilməsinə, həm müəyyən məsələlərə adaptasiya olunmasına xeyli vaxt gedir. Bu nöqteyi-nəzərdən ATƏT-in Minsk qrupundakı öz həmsədrini dəyişməsi işin xeyrinə olan hal deyil. Bu, həm vaxt itkisidir, həm də məsələyə daha keyfiyyətli və peşəkarlıqla yanaşmanın səviyyəsini aşağı salır".

Milli.Az azvision.az-a istinadən bildirir ki, siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, ATƏT-in Minsk qrupun həmsədrlərinin kimin olub-olmaması bizim üçün əhəmiyyət kəsb etmir: "Həmsədr kimin təyin olunmasından asılı olmayaraq onlar təmsil etdikləri dövlətin maraq və məramlarını qoruyurlar. Ona görə də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrinin dəyişdirilməsi ilə hər hansı bir yenilik olmayacaq. Çox güman ki, ABŞ-lı həmsədr Ceyms Uorlik də dəyişdiriləcək. Həmsədrlərin dəyişdirilməsində müsbət amil ondan ibarətdir ki, prosesə yeni qüvvə və ideyalar gələ bilər. Vacib məsələ yeni həmsədrin regionla tanış olub-olmamasıdır. Bununla belə ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərin dəyişdirilməsi münaqişənin həllində yenilik gətirə bilər. Həmsədrlərin dəyişdirilməsi isə əhəmiyyətli deyil". 

Məlumat üçün bildirək ki, Stefan Viskonti 4 oktyabr 1962-ci ildə Parisdə dünyaya gəlib. Bir övladı var. 1985-ci ildə İqtisadi elmlər və biznes ali məktəbinin məzunu olub. Üç il sonra isə rus dili üzrə biznes ali diplomu alıb. 1993-cü ildə isə Şərq (Rusiya, Gürcüstan) üzrə xarici işlər katibi müsabiqəsinin qalibi seçilib. 

Karyerasına gəlincə, diplomat 1985-ci ildə Fransanın Vankuverdə (Kanada) yerləşən Baş konsulluğunun iqtisadi missiyası nəzdində olan milli xidmətdə işə başlayıb. Bir il sonra "Booz, Allen and Hamilton" strategiyası üzrə Şuranın Beynəlxalq kabinetinin konsultantı olub. Daha sonra "Club Mediterranee SA" qrupunun beynəlxalq inkişaf üzrə direktor müavini vəzifəsində işləyib.

Xarici İşlər Nazirliyində - BMT və beynəlxalq təşkilatlar üzrə idarəetmə, Protokol şöbəsində əmək fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə baş nazirin beynəlxalq məsələlər üzrə texniki müşaviri, 2002-ci idə Fransanın Sankt-Peterburqda baş konsulu, 2005-ci ildə Paris Bələdiyyə Başçısının beynəlxalq məsələlər üzrə məsləhətçisi, 2008-ci ildə isə Fransanın Münhendə baş konsulu vəzifəsində işləyib. Eyni zamanda diplomat BMT-nin 67-ci Baş Assambleyasında Fransa nümayəndə heyətinin baş katibi olub. 

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri təyin olunmamışdan qabaq Fransanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Stefan Viskonti fransız dili ilə yanaşı ingilis, rus, alman, isveç, gürcü və türk dillərində sərbəst danışır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dörd dövlətin xəritədə qalmaq üçün ÖLÜM-DİRİM MÜBARİZƏSİ

21 Sentyabr 2017 14:18

Azərbaycanda zəlzələ baş verdi

21 Sentyabr 2017 14:12

İllər onu belə dəyişdi...

21 Sentyabr 2017 14:10

Gömrük Komitəsindən iddialara SƏRT REAKSİYA

21 Sentyabr 2017 14:08

Sabahdan Məhərrəm ayı başlayır

21 Sentyabr 2017 14:07

Dünya liderləri və həyat yoldaşları BMT-də... - FOTOLAR

21 Sentyabr 2017 14:04

Dekabrda dollar yenidən bahalaşacaq

21 Sentyabr 2017 13:59

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir

21 Sentyabr 2017 13:57

Moldova prezidentinin istefası təklif edilib

21 Sentyabr 2017 13:57

Keniyada ağ rəngli zürafə ailəsi tapılıb - İlk dəfə - FOTOLAR

21 Sentyabr 2017 13:53

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

21 Sentyabr 2017 13:52

Sergen Yalçın istefa verdi

21 Sentyabr 2017 13:47

"Zirə" -"İnter" və "İnter" - "Neftçi" oyunları təxirə salndı

21 Sentyabr 2017 13:47

Azərbaycanlı müğənni gözəllik yarışmasına qatıldı - FOTOLAR

21 Sentyabr 2017 13:44

Azərbaycanda “ANALOQU” OLMAYAN XİDMƏT: 7 milyon insan belə aldadılır

21 Sentyabr 2017 13:38

Fransada əsas müxalifət partiyasının sədr müavini istefa verib

21 Sentyabr 2017 13:37

"S&P" Çinin reytinqini azaldıb

21 Sentyabr 2017 13:37

Xanımları hələ də "dəli" edən yaşlı məşhurlarımız

21 Sentyabr 2017 13:35

Ali Məhkəmədə silahlı qarşıdurma

21 Sentyabr 2017 13:33

Lənkəraniski mahnısı iki gəncin HƏYATINI MƏHV ETDİ - BAKIDA

21 Sentyabr 2017 13:33

Qadının ölümünə səbəb olan sürücü tutuldu

21 Sentyabr 2017 13:29

Balakən SİLKƏLƏNDİ

21 Sentyabr 2017 13:28

Bakı Ali Neft Məktəbi Prezident təqaüdü alan tələbələrin sayına görə ölkə rekordu vurub

21 Sentyabr 2017 13:27

Vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

21 Sentyabr 2017 13:26

Balakəndə zəlzələ

21 Sentyabr 2017 13:24

Baş nazirin corabları BMT-nin iclasında gündəm oldu - FOTO

21 Sentyabr 2017 13:23

Nazəninin başına İŞ GƏLDİ: “Varlı kişi məni çağırdı masasına, əlini saldı boynuma...”

21 Sentyabr 2017 13:18

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

21 Sentyabr 2017 13:17

Zaqatalada zəlzələ olub

21 Sentyabr 2017 13:17

Mesut Özilin nişanlısı xəstəxanalıq oldu

21 Sentyabr 2017 13:17

"Bu il Azərbaycanla Aİ arasında sazişin imzalanmayacaq"

21 Sentyabr 2017 13:14

ABŞ və Şimali Koreya: Dünyanı hansı fəlakət gözləyir?

21 Sentyabr 2017 13:14

Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb

21 Sentyabr 2017 13:12

Acun Ilıcalı toyunda 4 gəlinlik dəyişən həyat yoldaşının GƏLİNLİKLƏRİNƏ SƏRVƏT xərclədi - FOTO

21 Sentyabr 2017 13:08

Nazir müavini: "Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb"

21 Sentyabr 2017 13:07

İNTİQAM: Sevgilisinin porno görüntülərini yaydı

21 Sentyabr 2017 13:06

UEFA-dan inqilabi yenilik - Milli komandalar yarışacaq

21 Sentyabr 2017 13:03

Həyat yoldaşını, qızını döydü

21 Sentyabr 2017 13:00

Natavan "Hozu"ya klip hazırladı - VIDEO

21 Sentyabr 2017 12:59

Çiyin ağrılarının səbəbi nədir?

21 Sentyabr 2017 12:58

AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib

21 Sentyabr 2017 12:57

Atasından qalmış tüfəngi polisə verdi

21 Sentyabr 2017 12:54

Cavanşir Məmmədov “mama roza” qalmaqalından DANIŞDI: “Videonu…”

21 Sentyabr 2017 12:53

Jurnalist Azər Hüseynbala ürəyindən əməliyyat edilib

21 Sentyabr 2017 12:52

SON DƏQİQƏ: İraq ordusu Kərkükə daxil oldu

21 Sentyabr 2017 12:52

Şeyxülislam Türkiyəyə gedir

21 Sentyabr 2017 12:49

48 yaşlı Cennifer Lopes dekoltesi ilə diqqət mərkəzində - FOTO

21 Sentyabr 2017 12:48

Mahmud Məmmədquliyev: "Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək"

21 Sentyabr 2017 12:47

DİN 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

21 Sentyabr 2017 12:44

Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq"

21 Sentyabr 2017 12:42