Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək
Paylaş
64 baxış·1 dəq oxu
Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 23-24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçiriləcək. Report İRNA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. İki gün davam edəcək iclasdan sonra Birgə Bəyannamənin qəbul edilməsi gözlənilir.