Aktauda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub

Aktauda Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub
11:02 23 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki konsulluğunda respublikanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təntənəli qəbul mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasimdə çıxış edən baş konsul Elxan Zeynalov Azərbaycanın 25 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.
O, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqedən və turizm potensialından söz açıb.
Tədbirdə Aktau vilayəti və rəhbəri adından vilayət akiminin müavini Rakimbek Amirjanov iştirak edib. İki ölkə arasında tarixi-mədəni ələqalərə toxunan Qazaxıstan rəsmisi hazırda münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR