Bir içən bir də içmək istəyir - REPORTAJ (FOTO/VİDEO)

Bir içən bir də içmək istəyir - REPORTAJ (FOTO/VİDEO)
17:53 24 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Meyvələrdən üç meyvə var,

Biri alma, biri heyva, biri nar.

Alma sənin, heyva da sənin,
nar mənim, daha doğrusu, Asəf Kərimovun olsun.

Narı Asəf Kərimova verməyimizin səbəbi var. O, nardan nələr hazırlamır ki...

Bir çoxlarının 8-ci kilometr bazarında gördüyü, bəzilərinin də Publika.az-ın bu reportajından sonra tanıyacağı Asəf Kərimova nar mütəxəssisi deyə bilərik. Göyçay sakini və bütün həyatı narla bağlı olan müsahibim illərdir çörəyini əkdiyi narlardan çıxarır. Amma onu qəhrəman seçməyimizin səbəbi nə bağlarındakı 500 nar ağacı, nə də yetişdirdiyi ləzzətli narlardır. Səbəb özünün hazırladığı nar suyu çəkən aparatıdır.

Elə tanışlığımızın da səbəbi məhz bu aparatdır. Onu tapmağımız o qədər də çətin olmadı. 8-ci kilometr bazarına daxil olub, “nar suyu çəkən dayını harada tapa bilərik” deyən kimi, ikinci bazarı istiqamət verdilər. Biz də istiqaməti tutub, düz Asəf Kərimovun piştaxtasının qarşısına gəldik. Əvvəlcə, bütün ilk görənlər kimi, aparatı nəzərdən keçirib, söhbətə başladıq.

Dediyinə görə, gözünü açandan narla məşğul olur. O, illərdir Göyçayda, Bakıda bazarda nar satandan sonra, nar suyu çəkib satmaq qərarına gəlib: “Əvvəl bu aparatın kiçik forması idi. Nar suyunu çəkib buradaca satırdım. Sonra fikirləşdim ki, bu işi bir az da böyüdüm. Əvvəlki aparatda hazırlanan su uzun müddət qalmamalı idi. Ona görə də, yeni üsul fikirləşdim. Bu ildən gördüyünüz aparatı hazırladım”.

Əvvəlcə dəyəri 1000 manat olan “nerjavika”dan nar suyu çəkən aparat hazırlanıb və ona sistem “şlanq”ları qoşulub. Nar diri halda aparata yerləşdirilir və sıxılır. Aparat hər gün yuyulur. Hələ ki, sıxma insan gücü ilə həyata keçirilsə də, gələcəkdə bunu daha da müasirləşdirmək istəyir Sıxılmış nar suyu buradaca stəkanı 50 qəpiyə, litri 3 manata satılır.

Amma texnologiyanın maraqlı tərəfi sıxılmış nar suyunun yaya saxlanmasıdır. Asəf bəy bunu da düşünüb və elə piştaxta boyunca uzanan sistem “şlanq”larının da mahiyyəti bu imiş: “Sıxılmış nar suyu, qaba tökülür. Həmin qabdan çəkilmiş xətlər vasitəsilə su “şlanq”ın içərisində dövr edir. Dövr edən su, ayrıca qaba tökülür. Onun içərisində də xüsusi filt var. Təmizlənmiş nar suyunu bir neçə il saxlamaq olar. Filtdən keçməmiş suyu ancaq 3 gün saxlamaq olur, sonra qıcqırma verir. Filtr vasitəsilə nar suyu tam təmizlənmiş olur. Suyun tam təmiz olması üçün hər gün iki dəfə filtrləri yuyuruq. Gələcəkdə sistem şlanqlarının içərisinə xüsusi nerjavika telləri yerləşdirəcək, bu zaman daha yaxşı təmizlənəcək. İndi evlərdə nar suyunu qaynadaraq uzun müddət saxlaya bilirlər. Ancaq onun ömrü 5-6 aydan çox olmur. Amma mənim ötən il hazırladığım nar suyunu, iyun ayında satmışam”.

İl ərzində 10-15 ton nar suyu çəkib, yaya saxladığını deyən müsahibimin hazırladığı aparatda gün ərzində 150-200 kq nar suyu çəkmək olur: “Gündə 150 litr sata bilirik. Stəkanla daha çox alırlar. Bir stəkan içən, deyir ki, birinə də ver. Bəyənənlər başqa alıcıları da gətirir. Maraq pis deyil. İsti aylarda stəkanla daha çox satıram.

Aparat əl ilə idarə olunduğuna görə bir adam gün ərzində çox çəkə bilmir. Amma fikrim var ki, gələcəkdə bunu elektriklə işlədim. Bu il ona maddi imkan olmadı”.

O, öz bağının məhsulu yetərli olmadığına görə başqa kəndlərin, rayonların da narını almalı olur. Amma dediyinə görə, məhz Göyçay narının suyu daha yaxşı olur: “Başqa rayonların narı Göyçay narı qədər sulu olmur. 2.5-3 kq Göyçay narından 1 litr nar suyu hasil olur. Lakin başqa rayonların narı qalın qabıq olduğuna görə 4 kilodan 1 litr almaq mümkündür”.

A.Kərimov belə bir texnologiyanı heç bir yerdə görmədiyini deyir, bütün sistem tamamilə öz beyninin məhsuludur: “Bu nədir ki? Narı dənələyən xüsusi aparat hazırlamışam. Onun uzunluğu dörd, eni bir metrdir. Bir gündə həmin aparatla 1 ton narı dənələmək olur. Bu aparatın daha kiçik formasını rayonda hazırlamışam. Orada da ailəmiz nar suyu çəkib satır”.

Heç bir ali təhsili olmayan Asəf bəy, bu texnologiyanı işinə olan marağından yaratdığını deyir: “Ali təhsilim yoxdur, heç sən deyən elə oxuyan da olmamışam. Amma hansı işlə məşğul oluramsa, ən yaxşısını etmək istəyirəm. Əlbəttə, maddi maraq da var”.

Asəf bəy orta hesabla 1300 manat xərc çəkdiyi aparatı gələcəkdə daha da müasirləşdirmək istəyir. Bunun üçün isə daha çox nar suyu satmalıdır.

Gülxar,

Foto/video: Elçin Murad





























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28