Avropa şirkətlərinə "Brexit" zərbəsi

Avropa şirkətlərinə "Brexit" zərbəsi
21:37 24 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

"Brexit" ilə bağlı kəskin ssenaridə Avropa Birliyinə daxil olan ölkələrin şirkətləri Britaniya şirkətləri ilə müqayisədə illik 8 milyard avro (9,7 milyard dollar) daha çox itirəcəklər.

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə "The Times" qəzeti yazıb.

Qeyd olunur ki, kəskin ssenaridə "Brexit" ilk növbədə Avropanın özü üçün sərfəli olmayacaq.

Nəzərə çatdıraq ki, Böyük Britaniyada "Brexit" bu ilin iyun ayının 23-də keçirilib. Britaniyalıların 51,9 faizi Avropa Birliyinə üzvlüyə son qoyulmasına səs verib. Proqnozlara görə, Böyük Britaniya kəskin ssenaridə vergi daxilolmalarının azalmasından 66 milyard avro (81 milyard dollar) itirə bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR