Pereyra "Fənərbağça" rəhbərliyini günahlandırdı

Pereyra "Fənərbağça" rəhbərliyini günahlandırdı
23:12 24 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"-nın sabiq baş məşqçisi Vitor Pereyra, köhnə klubunun idarə heyəti haqqında bəzi açıqlamalar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, açıqlamasında bir sıra məqamlara toxunub: "Buruno Alveş çox təcrübəli və formada olan bir futbolçu idi. O əvvəl klubdan ayrılmaq istəsə də, daha sonra mən onu klubda qalmağa razı salmışdım. Lakin İdarə Heyəti müqavilənin yenilənməsini hansısa səbəbdən yubatdı. Daha sonra isə Kyaerin istəyi ilə həmin mövqeyə bir futbolçu transfer etdilər. Mənim sözümü Kyaer qədər belə dinləmədilər. Daha sonra açıqlama verdilər ki, guya mənim istəyimlə Nanini göndəriblər. Axı hansı baş məşqçi Nani kimi bir futbolçunu göndərmək istəyər? Əksinə mən Naninin klubda qalması üçün İdarə Heyəti ilə çox danışıq apardım, amma heç bir faydası olmadı. Bundan başqa mən Diyeqodan çox ümidli idim. Lakin mən nə qədər istəsəm də rəhbərlik onun heç məşqlərə qatılmasına da imkan vermədi. İdarəçilərin komanda üzərində çox təzyiqi var. Məğlub olduğumuz oyunların ardından oyunçularımız heç soyunub-geyinmə otağıdan bu təzyiqə görə çıxmaq istəmirdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR