Jalə Əliyevadan Tarix Muzeyinə TƏKLİF

Jalə Əliyevadan Tarix Muzeyinə TƏKLİF
12:43 25 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin bazar günü də işləməsini təklif edib.

Deputat J.Əliyeva Publika.az-a açıqlamasında deyib ki, muzeylərin bazar günü işləməsi vacib əhəmiyyət daşıyır:

“Çünki ölkə əhalisi və xarici turistlər də əsasən həftə sonları harasa səyahət edirlər, gəzirlər. Eyni zamanda, yerli əhalinin də şənbə-bazar günləri daha çox vaxtı olur. Bu baxımdan da Tarix Muzeyində bazar günü qrafikinə baxılması məqsədəuyğun olardı. Bu, Azərbaycanın ümumi işinə də faydalı olardı. Yəni, bu, Azərbaycan tarixini tanıtmaq və təbliğ etmək baxımından da əhəmiyyətlidir”.

J.Əliyeva əlavə edib ki, hazırda dünyanın bir çox inkişaf edən ölkələrində muzeylər qeyri-iş günləri açıq olur: “Bu isə insanların həmin günü istirahət vaxtlarından istifadə edib muzeyləri ziyarət etməsi üçün zəruri imkanlar yaradır”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR