Gülüstan Əliyeva həyəcan içində: “Üç gündən sonra…” - FOTO/VİDEO

Gülüstan Əliyeva həyəcan içində: “Üç gündən sonra…” - FOTO/VİDEO
16:18 25 Oktyabr 2016
109 Şou
Ölkə mətbuatı
A- A+

Oktyabrın 28-də Əməkdar artist, operamızın cazibədar Leylisi Gülüstan Əliyeva solo-konsert proqramı ilə çıxış edəcək.

Sevilən müğənni konsert öncəsi təəssüratlarını Publika.az-la bölüşüb.

- Konsert Akademik Opera və Balet Teatrında baş tutacaq. “Payız sevgisi” adlı konsertimdə köhnə mahnılarımla bərabər, yeni və retro mahnılar da ifa edəcəm. Onu da deyim ki, bu mənim altıncı solo-konsertimdir.

- Bildiyim qədər konsert səhnə fəaliyyətinizə həsr olunub?

- 1996-cı ildən Akademik Opera və Balet Teatrının solistiyəm. Bu il səhnə fəaliyyətimin 20 yaşı tamam olur. Elə konsertim də səhnə yaradıcılığımın 20 illiyinə həsr edilib.

- Yəqin ki, xüsusi hazırlaşmısınız. Maraqlıdır, səhnə geyimləriniz hansı tərzdə olacaq?

- Təranə və Yeganə xanım mənim üçün gözəl libaslar hazırlayıb. Həm klassik, həm də avanqard stildə libaslardır. Gəlib, görərsiniz.

- Hər bir sənətkarın vizit kartı olan mahnısı var. Maraqlıdır, siz hansı musiqini özünüzün vizit kartı hesab edirsiniz?

- “Bayatılar” və “Kimsən sən?” bu mahnılarım mənə böyük uğur gətirdi.

- Etiraf edək ki, bu gün tamaşaçı sevgisini saxlamaq çox çətindir. Amma siz illərdir ki, bu sevgini qoruyub saxlamısınız. Buna necə nail oldunuz?

- Yəqin ki, ilk növbədə musiqilərimlə. Məni hər kəsə sevdirən sənətimdir. Bir də sənət adamı hər zaman cəmiyyətdə elə davranmalıdır ki, özünə olan hörmət və sayğını qoruyub saxlaya bilsin. Həmişə buna çalışmışam. Uğur qazanmaq asandır, amma uğuru, sevgini, hörməti qorumaq çox çətindir. Sağ olsun, sevənlərim, məni hər zaman dəyərləndiriblər.

- Bunu siz özünüz qazanmısınız. Konsertdə sürpriz qonaq gözlənilirmi?

- Bəli, özəl qonaqlar olacaq, amma sürpriz olaraq qalsın.

- Bəs duetlər necə, nəzərdə tutulub?

- Sənət dostlarımla duetlərim olacaq, bunu da açıqlamaq istəmirəm. Məni sevənlərim qoy, intizarda qalsın. Çox həyəcanlıyam, üç gündən sonra sevənlərimi “Payız sevgisi” yağışına qərq edəcəm.

- İnanıram ki, konsertinizdə musiqilərinizi dinləyib, feyzyab olacağıq.

- İnşallah, konsertdə görüşərik.

- İnşallah!

Cəvahir















Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR