Bəzən insanın İmam Hüseyn (ə) üçün ürəyi titrəyir, ancaq..

Bəzən insanın İmam Hüseyn (ə) üçün ürəyi titrəyir, ancaq..
23:47 25 Oktyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Hədislərin bir çoxunda oxuyuruq ki, Əhli-beyt (ə) üçün ağlamaq, xüsusilə də İmam Hüseyn (ə) üçün ağlamaq insanın dərəcəsini qaldırar. Ancaq bu göz yaşı İmamın (ə) imtiyazını qaldırmaz. Çünki onlar hər cəhətdən kamildirlər və hətta şəhadət belə, onlar üçün imtiyaz sayılmır. Çünki kamil insanın imtiyaza ehtiyacı yoxdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məhərrəm-səfər əyyamında ürəklər sızlayır və hər yer qaraya və qəmə bürünər. Ancaq bəzi insanlar bu müsibətin nə qədər əzəmətli olduğunu bilə-bilə və onu eşidə-eşidə, ağlaya bilmirlər. Ürəkləri titrəyir, ancaq gözlərindən yaş axmır. Niyə?
 
Ağlamağa səbəb olan amilləri tanıyaq.
Ağlamağın bir neçə növü vardır və insan bəzən şadlanan zaman ağlayar, bəzən də qəmlənən zaman. Bəzən həyəcanlanıb ağlayar. İmam Hüseynə (ə) ağlamaq - qəm göz yaşlarıdır. İnsan qəmgin olduğunun reaksiyası kimi göz yaşı tökməyə başlayar. O insan İmam Hüseyn (ə) üçün ağlayır ki, ürəyində onun qəmini və acısını hiss edir və bu müsibətin dağı onu yandırır. İnsan gərək İmamı (ə) və başına gələnləri bilsin ki, onun qəminin nə qədər böyük olduğunu dərk edə bilsin.
Bundan başqa, göz yaşının mənbəyi ürəkdir və ürək bəzən qəsavət bağlaya bilir. Qəsavətin də səbəbi günahlarımızdır. Əgər günahlarımızdan paklana bilsək və tövbə etsək - qəlbimizin qəsavətini aradan apara bilərik. Qəlb o zaman qəsavət bağlayır ki, insan çoxlu göz, dil, qulaq günahları edir.
İnsanın ağlamasına mane olan amillərdən biri də qidalanmasıdır. İnsan əgər haram tikə yeyərsə, heç bir zaman İmam Hüseynə (ə) ağlaya bilməz. Çünki haram tikə qəlbi sərtləşdirər və hissləri soyudar. Halbuki halal tikə qəlbi yumşaldar və Allaha olan diqqəti artırar.
Elə də olur ki, insan ağlamaqla bağlı psixoloji çətinlik keçirir və bir növ utanır. O, İmam Hüseynin (ə) müsibətini ürəyində yaşadır. Amma bilməlidir ki, əslində bu göz yaşları onu ucaldır, yüksəldir və bu göz yaşları - onun qəlbindən axan bir təmizləyici bulaqdır. Odur ki, o, İmam Hüseyn (ə) üçün tökülən göz yaşlarından utanmamalıdır, əksinə öz psixoloji durumunu bu iradəvi kədərə yönləndirməlidir.
İnsanın özünə və Allaha olan mərifəti hər nə qədər çox olarsa, tökdüyü göz yaşı daha dəyərli olar və insana daha çox bərəkət gətirər.
İmam Sadiq (ə) buyurur: "Bəndənin Allah Təalaya ən yaxın halı o haldır ki, səcdədə ağlayar".
İmam Baqir (ə) buyurur: "Allah Təala yanında gecənin qaranlığında Allah qorxusuna görə tökülən göz yaşından daha sevimlisi yoxdur".
Məsum İmamlar (ə) həqiqətdə Allahı tanımaq vasitələridir. Onlar Allahın gözəl adları hesab olunurlar. Onların bizim göz yaşına ehtiyacları yoxdur. Bu ağlamaq bizim özümüzə faydalıdır ki, kamala çata bilək. Günahlarımız bu göz yaşları ilə yuyulub gedər. Ona görə də əzadarların göz yaşı - tövbə və istiğfar suyu hökmündədir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ" Bakıda məğlubedilməzdir - RƏQƏMLƏR

26 Sentyabr 2017 13:29

Dollar ucuzlaşdı

26 Sentyabr 2017 13:29

"Azərbaycan multikulturalizmi" fənni daha iki xarici universitetdə tədris olunacaq

26 Sentyabr 2017 13:27

Heydər Əliyev prospektində yol qəzası olub, xəsarət alan var

26 Sentyabr 2017 13:27

ATƏT-in Varşava toplantısının ardından

26 Sentyabr 2017 13:23

Çin hakimiyyəti Vatsapı blokladı

26 Sentyabr 2017 13:23

Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

26 Sentyabr 2017 13:22

Yazarlar Namiq Mənanın sədrliyinə cani-didən alqış dedilər

26 Sentyabr 2017 13:19

Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı- VİDEO

26 Sentyabr 2017 13:18

ƏMDK-nın dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracı rəqabət şəraitində keçib

26 Sentyabr 2017 13:17

Onlayn qatılan sifarişçi qalib oldu

26 Sentyabr 2017 13:16

Polis “Mersedes”in təkərləri altında qaldı - DƏHŞƏTLİ VİDEO

26 Sentyabr 2017 13:13

Erməni təxribatının qarşısı alındı

26 Sentyabr 2017 13:10

Canlı yayında ağlagəlməz üsulla intihar etdi - REAL GÖRÜNTÜ

26 Sentyabr 2017 13:09

Belarusun səhiyyə naziri Azərbaycana səfər edəcək

26 Sentyabr 2017 13:07

İsveçdə naməlum şəxslər məscidi yandırıb, binanın yarısı dağılıb

26 Sentyabr 2017 13:02

Ziyad Səmədzadə: Əmək müqavilələrinin olmaması dövlət büdcəsinin gəlirinin artmasına mənfi təsir edir

26 Sentyabr 2017 13:02

Biləsuvarda 2 uşaq anası intihar edib

26 Sentyabr 2017 13:02

Arriqo Sakki: "Roma" Qarabağ"a "Real Madrid" kimi yanaşmalıdır"

26 Sentyabr 2017 13:02

Ruhi xəstə özünü güllələdi - Cəlilabadda

26 Sentyabr 2017 12:59

Direktor müavini işdən azad olundu

26 Sentyabr 2017 12:59

Hüquq-mühafizə orqanları araşdırmalara başladı

26 Sentyabr 2017 12:58

Rusiya Müdafiə Nazirliyinin idarə rəisinə qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 12:57

31 yaşlı uluduzun 50 yaşlı sevgilisi - FOTOLAR

26 Sentyabr 2017 12:57

Qoca ata-anasını öldürən qatil danışdı: "Bacımla uşağını da öldürəcəkdim"

26 Sentyabr 2017 12:54

Məşhur stilist 1 milyonluq lüks mənzil aldı - FOTO

26 Sentyabr 2017 12:53

XİN: Rusiya hərbi aviasiyasının ABŞ ərazisi üzərindən uçuşları məhdudlaşdırıla bilər

26 Sentyabr 2017 12:52

Bakıda turizm festivalı keçiriləcək

26 Sentyabr 2017 12:52

Azərbaycanda dollar ucuzlaşıb

26 Sentyabr 2017 12:49

Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

26 Sentyabr 2017 12:48

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir

26 Sentyabr 2017 12:47

Azərbaycanlı model çimərlik geyimində - FOTOLAR

26 Sentyabr 2017 12:44

Şimşək çaxacaq, leysan yağacaq

26 Sentyabr 2017 12:44

Üç ay sonra iki dövlətin bölünməsi DƏQİQLƏŞİR - Gizli toplantının ŞİFRƏLƏRİ

26 Sentyabr 2017 12:43

İsraildə patrula hücum olub, 3 nəfər ölüb, biri yaralanıb

26 Sentyabr 2017 12:42

Azərbaycanda “KamAZ” qadının üzərindən keçdi

26 Sentyabr 2017 12:39

Hava KƏSKİN DƏYİŞƏCƏK: ayın sonunadək

26 Sentyabr 2017 12:38

Sabah yağış yağacaq, havanın temperaturu 8 dərəcəyədək aşağı enəcək

26 Sentyabr 2017 12:37

Prokuror Bakıda kafedə cinayət törədən şəxsə cəza istəyib

26 Sentyabr 2017 12:37

"Qarabağ"dan azarkeşlərə müraciət

26 Sentyabr 2017 12:37

"Arsenal"-dan əzmkar qələbə

26 Sentyabr 2017 12:37

Avtonom uçan taksinin sınaqları keçirilib

26 Sentyabr 2017 12:35

NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ: sabahdan hava kəskin dəyişəcək

26 Sentyabr 2017 12:34

Prezidentin kürəkəninə qarşı istintaq başlanıldı

26 Sentyabr 2017 12:33

"Əsas olmadan həbs tədbirinin seçilməsinə üstünlük verilir" - Komitə sədri

26 Sentyabr 2017 12:29

Avropanın mərkəzində anti-islam hərəkatı: məscid yandırıldı - VİDEO

26 Sentyabr 2017 12:28

Ötən il Azərbaycanda 29 min 924 kişi ölüb

26 Sentyabr 2017 12:27

Nazim yenidən Türkiyəyə yollandı

26 Sentyabr 2017 12:26

Keçmiş birinci xanım konsert verəcək

26 Sentyabr 2017 12:23

Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri başa çatıb

26 Sentyabr 2017 12:22