ABŞ rəsmiləri: "PKK terrorçu təşkilatdır"

ABŞ rəsmiləri: "PKK terrorçu təşkilatdır"
11:22 26 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Əvvələr bu kürsüdən "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu- "REPORT") silah-sursat vermədiyimizi və PKK-nı terrorçu təşkilat kimi tanıdığımızı dəfələrlə bəyan etmişəm və yenə də bəyan edirəm".
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın "YPG"yə verdiyi silahdan PKK istifadə edir açıqlamasına münasibət bildirərkən deyib.
Məlumata görə, ABŞ-ın digər rəsmi təmsilçisi, prezident Barak Obamanın terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makkurk da PKK-nı terrorçu qruplaşma olaraq tanıdıqlarını söyləyib: "PKK terror qruplaşmasıdır və Türkiyə ilə İraqın şimalındakı kürd muxtar hökumətini təhdid edir. Bu problem muxtariyyətlə İraq mərkəzi hökuməti arasında həll edilməlidir".
Xüsusi nümayəndə Mosulda İŞİD-ə qarşı mübarizənin çətin olacağını və bir müddət davam edəcəyini də bildirib.
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, terrorçu PKK-dan müsadirə etdiyimiz silahlar ABŞ-ın "YPG"yə verdiyi silahlar olduğu müəyyənləşdirmişik.


Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-resmileri-pkk-terrorcu-teskilatdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR