Yağmurlu hava nə qədər davam edəcək? – Proqnoz

Yağmurlu hava nə qədər davam edəcək? – Proqnoz
12:49 26 Oktyabr 2016
284 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departmentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR