Lənkəranskinin mirası uğrunda savaş başladı

Lənkəranskinin mirası uğrunda savaş başladı
13:52 27 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qanuni oğrular" Rövşən Lənkəranskinin mirasını bölməyə başlayıblar. 

Milli.Az aznews.az-a istinadən bildirir ki, Canıyevin Moskvadakı ən böyük aktivi olan göyərti, meyvə və tərəvəz satışı üzrə topdansatış bazarı Merab Suxumskinin tabeçiliyinə keçib. 

Canıyevin daha böyük aktivləri isə son illərdə yaşadığı Türkiyədə olub. Bu aktivlər Rövşənin "nəzarəti" altında fəaliyyət göstərən kommersantlar və firmalardan, mehmanxanalar, narkotik maddələrin göndərilməsi kanallarından və s. ibarətdir. 

Son zamanlar Canıyevin yaxın ətrafını bir tərəfdən "qanunçu" Hüseyn Əhmədov, digər tərəfdən isə Merab Suxumskinin əsasən Temur Nemsistverizde, Roin Uqlava (Mateviç), Dato Çuradzedən ibarət mafiya qrupu təşkil edib. İndi hər iki tərəf Rövşənin mirasına haqq iddia edir. 

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hazırda tərəflər arasında açıq mübahisə getməsə də, bu, gözləniləndir: "Hələ ki, Hüseyn Slepoyla Merabın qruplaşmasına daxil olan "oğrular" arasında birbaşa münaqişə yoxdur. Lakin hər şey buna doğru gedir. Rövşənin mirasının sülh yolu ilə "bölgüsü" alınmır". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/483687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR