“Valensiya” - “Barselona” oyununun sonlarında baş verənlər cəzasız qalmadı

“Valensiya” - “Barselona” oyununun sonlarında baş verənlər cəzasız qalmadı
15:17 27 Oktyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının IX turu çərçivəsində keçirilən "Valensiya" - "Barselona" oyununun sonlarında baş verənlər cəzasız qalmayıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçın final fitinə saniyələr qalmış Messinin penaltidən vurduğu qələbə qolunun sevinci zamanı azarkeşlər meydana yad əşyalar atmışdılar. Meydançaya atılan şüşələrdən biri Neymarın başına dəymişdi.

İnsidentlə əlaqədar İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi artıq qərarını verib. Belə ki, meydan sahibləri hadisəyə görə 1500 avro miqdarında cərimələniblər. Üstəlik, "Valencia"ya sonuncu xəbərdarlıq edilib. Əgər eyni hal bir də təkrarlansa, stadion azarkeşlər üçün qapadılacaq.İspaniya Futbol Federasiyasinin simulyasiya ilə yadda qalan "Barsa"nın hücum triosunu da unutmayıb: "Özlərini gülünc vəziyyətə saldılar və futbol dəyərlərinə hörmətsizlik etdilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR