Şok kadrlar: gözəllik "kraliçası" bu günə düşdü - FOTOSESSİYA

Şok kadrlar: gözəllik "kraliçası" bu günə düşdü - FOTOSESSİYA
18:12 5 Yanvar 2015
358 Maraqlı
Ölkə mətbuatı
A- A+

Braziliyanın məşhur modellərindən biri, "Miss BumBum" gözəllik müsabiqəsində 2-ci yeri tutan və "Xalqın kraliçası" tituluna yiyələnmiş teleaparıcı Andressa Urak baldırlarının həcmini böyütmək üçün silikon-helium implantatlarından yararlanmışdı.

Lakin 27 yaşlı Urak həmin qərarı verdiyi günə lənət oxuyur.
 
Baldırlara vurulmuş gel model və teleaparıcı A.Urakın bədəninə dağılıb, orqanizmdə zəhərlənməyə və əzələlərin çürüməsinə səbəb olub.
 
Milli.Az Globo-ya istinadən bildirir ki, halı günbəgün pisləşən, sonra isə yeriyə bilməyən Andressa Urak huşunu itirəndə xəstəxanaya aparılıb. Koma vəziyyətindəki "gözəllik kraliçası"nın ayaqlarında qanqrenanın qarşısını almaq üçün cərrahlar təcili əməliyyata başlayıblar.
 
Əməliyyatdan sonra reanimasiya bölməsində bir ay qalan Andressa ayaqlarındakı şiş, yaraların fotolarını çəkərək sosial şəbəkələrdəki profillərində yayıb.
 
İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun sabiq sevgilisi fotolarla bağlı yazıb: "İndiyədək bir çox plastik cərrahiyyə əməliyatına məruz qalmışam. Burun, çənə, sinəmin ölçülərini dəyişmişəm, bioplastika və lipokasiya əməliyyatları keçirmişəm. Amma baldırlarımdakı əməliyyatlar məni az qala öldürmüşdü".
 
A.Urakın anası Marisete De Favarinin dediyinə görə, qızı ölümdən qurtulub.
 
Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR