Ələt-Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində son durum belədir

Ələt-Astara magistralının Cəlilabad ərazisindən keçən hissəsində son durum belədir
12:12 28 Oktyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 28 oktyabr. REPORT.AZ/ Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri davam edir.
"Report"un əməkdaşı xəbər verir ki, rayonun Alar kəndinə cəlb edilmiş texnikaların, işçi qüvvəsinin köməkliyi ilə magistral yolda nəqliyyatın hərəkəti bərpa olunub. Hazırda sel sularının magistral yolda yaratdığı fəsadlar aradan qaldırılır.
Qeyd edək ki, ötən gün rayonun Cəfərxanlı kəndi ərazisində su bəndinin dağılması nəticəsində İncəçay çayında suyun səviyyəsi artıb və çay daşıb. Körpü dağılaraq Ələt-Astara yolunun bağlanmasına səbəb olmuşdu. Yol bağlı olduğundan nəqliyyat vasitələri alternativ olaraq Təzəkənd, Üçtəpə, Cəfərxanlı və Gülməmmədli avtomobil yolundan istifadə edirdi.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR