Belqrad Kitab Sərgisində Bakının arxitekturası haqqında kitab nümayiş etdirilib

Belqrad Kitab Sərgisində Bakının arxitekturası haqqında kitab nümayiş etdirilib
14:12 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Serbiyanın paytaxtında keçirilən Belqrad Kitab Sərgisində "Bakı" kitabı nümayiş etdirilib.
Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, kitab Azərbaycan paytaxtının arxitektirasına həsr olunub.
Sərgiyə toplaşanlara kitabı təqdim edən Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Nərgiz Məmmədova bildirib ki, Bakı dünyada azsaylı memarlıq avanqardı mərkəzlərindən biridir. Onun sözlərinə görə, şəhər arxitektutasının yaradılmasında dünyanın müxtəlif ölkələrindən olan ekspertlər iştirak edib.
Xatırladaq ki, 61-ci Beynəlxalq Kitab Sərgisi oktyabrın 23-də açılıb və oktyabrın 30-dək davam edəcək. Tədbirdə 40 ölkədən 450-dən çox nəşriyyat təmsil olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR