Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində
demokratların namizədi Hillari Klintonun qələbəsini təmin etmək
üçün saxta bülletenlər hazırlanıb.
Publika.az xəbər verir ki, ABŞ-ın yerli qəzetlərindən olan
“Christian Times Newspaper” seçkidən əvvəl hazırlanmış
bülletenlərin üzərində Hillari Klintonun adının işarələndiyini
yazıb: “Ohaya ştatında yerli elektrik işçilərindən biri Hillari
Klintonun adının yazıldığı bir neçə min bülleten tapıb”.
Ohaya ştatının paytaxtı olan Kolumbus şəhərində elektrik
sənayesində işləyən Rendal Prins anbar binalarının birində
elektriki yoxlayarkən, üzərində “seçki bülleteni qutusu” yazılan
qara yeşiklərlə qarşılaşıb.
O danışır ki, yeşikdən imzalanmış bülletenlər çıxıb: “Bütün
bülletenlərdə demokratların nümayəndəsi Hillari Klintona səs
verilmişdi”.
Nəşr qeyd edir ki, bu tapıntı demokratların seçkini saxtalaşdırmaq
niyyətlərindən xəbər verir.
“Ohaya ştatında vaxtından əvvəl səs vermə oktyabrın 12-dən başlayıb
və tamamilə mümkündür ki, gizlədilmiş qara qutulardakı bülletenlər
dövriyyəyə salınıb”, - deyə məlumatda bildirilir.
Ohaya ştatında respublikaçıların namizədi Donald Tramp rəqibini
üstələyir. Ehtimallara görə, Klinton saxta bülletenlərlə rəqibini
geridə qoymaq istəyir.
“Christian Times Newspaper” seçkiyə həsr etdiyi digər məqaləsində
artıq erkən səsvermədə “ölü can”ların səs verdiyini yazıb.
Qeyd edək ki, ABŞ seçki sistemində səsvermə günündən öncə erkən
səsvermə təcrübəsi mövcuddur. 2012-ci ildə ABŞ-ın 32 ştatında erkən
səsvermə hüququ qanunvericiliklə təsbit olunub. Erkən səsvermədə
seçici seçki gününə bir ay qalmış səs verə bilər. Səsvermə elektron
poçt vasitəsilə də aparılır. Ekspertlərə görə, erkən səsvermə
seçkinin saxtalaşdırılmasında mühüm rol oynayır.
“Amerika röyası”nın sonu və seçki qutularına həbs edilmiş yunan icadı
Respublikaçıların namizədi Donald Trampın bu sözləri dünyanı “seçki ittihamlarına” boğan Amerikanın özündəki seçkilərə diqqəti artırdı.