Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb

Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb
02:12 29 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiya BMT-nin İnsan Haqları Şurasına seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.
"Report" xəbər verir ki, Şərqi Avropa dövlətlərindən iki yeri Xorvatiya və Macarıstan tutacaq.
Bu gün BMT Baş Assambleyası 2017-2019-cu illər üçün BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçib. Şuraya Şərqi Avropadan namizədliyini irəli sürən Rusiya 112 səs toplayıb.
Sonda Şurada Şərqi Avropa dövlətlərindən iki yeri 114 səslə Xorvatiya və 144 səs toplayan Macarıstan tutacaq.
Bundan əlavə, 1 yanvar 2017-ci il tarixindən üç illik dövr ərzində Şuraya Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, Tunis, CAR, ABŞ və Yaponiya daxil olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-bmt-nin-i-nsan-haqlari-surasindan-kenarda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR