Sumqayıtda zibil qutuları niyə rəngləndi? - FOTO - VİDEO

Sumqayıtda zibil qutuları niyə rəngləndi? - FOTO - VİDEO
17:05 29 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Ətraf mühiti qorumaq üçün Azərbaycanın müxtəlif məkanlarında fərqli layihələr həyata keçirilir.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, bu cür layihələrdən biri də Sumqayıt şəhərində gerçəkləşib. Bir qrup gənc şəhərin müxtəlif yerlərində zibil qutularının üzərində çəkdikləri şəkillərlə insanlara mesaj göndərməyə çalışıblar.

Ekoart adlı bu layihə bir neçə gəncin təşəbbüsü ilə gerçəkləşib. Tullantı konteynerlərinin üzərinə şəkil çəkən gənclər insanları ətraf mühiti təmiz saxlamağa səsləyiblər.

Şəhərin 6 məhəllə və mikrorayonlarındakı 24 tullantı konteynerində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən şəkillər təsvir edilib. Gənclərin sözlərinə görə, bunu gələcəkdə davam etdirmək niyyətindədirlər.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR