Messi, Suares, Kosta və Dabo...

Messi, Suares, Kosta və Dabo...
17:47 29 Oktyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın "böyük beşlik" ölkələrində çemionat get-gedə qızışır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, çempionluq yarışı ilə yanaşı, bombardirlik uğunda mübarizə aparacaq futbolçular da artıq müəyyənləşməyə başlayıb.

İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarının bəzilərində 9, bəzilərində isə 10 tur geridə qalıb. Hazırkı vəziyyətdə adıçəkilən çempionatlar arasında ən çox qol vuran futbolçulardan biri A seriyasında çıxış edir. Bu, "Roma"nın forvardı Edin Dzekodu. Bosniya və Herseqovina millisinin üzvü ilk 10 turun hamısında "canavarlar"ın formasını geyinib və aktivinə 10 top yazdırıb.
 
Zlatan İbrahimoviçin gedişindən sonra PSJ-nin qol "silahı"na çevrilən Edinson Kavani isveçlinin yoxluğunu heç hiss etdirmir. Çünki uruqvaylı futbolçu Liqa 1-də meydana çıxdığı ilk 9 görüşdə rəqib qapılarına 10 dəfə yol tapa bilib.
 
A seriyasında Dzekonun əsas rəqibləri Mauro İkardi ("İnter") və Çiro İmmobile ("Latsio") görünür. Həm "neradzurra"nın argentinalı qoleadoru, həm də "Latsio"nun yeni transferi ilk 10 turda 8 dəfə toru silkələyib. Almaniya Bundesliqasının sürpriz bombardiri Antoni Modest ilk 8 turda "Köln"ün heyətində 8 qolla diqqət çəkib.
 
Hələlik "böyük beşlik"də ən az məhsuldarlıq La Liqa və Premyer Liqadadı. Çünki bu çempionatların bombardirlərinin aktivində 7 top var. İspaniya çempionatında ikihakimiyyətlilik hökm sürür. "Barselona"nın hücumçuları Lionel Messi və Luis Suares hələlik cəmi 7 qola imza ata biliblər. Yeganə fərq ondadı ki, Messi bunu 7, Suares isə 9 görüşdə reallaşdırıb. İngiltərə Premyer Liqasının ən məhsuldar oyunçusu Dieqo Kosta ("Çelsi") isə meydanda olduğu 9 qarşılaşmada 7 dəfə rəqibi mərkəzə dəvət edib. Həmçinin Pyerr-Emerik Obameyanq ("Borussiya", Dortmund) və Aleksandr Lakazett ("Lion") də iştirak etdikləri çempionatda 7 qolun müəllifi olublar.
 
Maraqlıdı ki, Azərbaycan Premyer Liqasının bombardiri Baqali Dabonun da aktivində 7 qol var. "Qəbələ"nin fransalı forvardı cari mövsümün ilk 9 turunun 7-də meydanda olub və eyni sayda qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR