Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ili Muğlada qeyri-adi şəkildə qeyd olunub
Paylaş
72 baxış·1 dəq oxu
Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü Muğla bölgəsində qeyri-adi şəkildə qeyd olunub. "Report" "Huriyyet" qəzetinə istinadən xəbər verir ki, Muğlanın Fethiye qəsəbəsində işləyən dalğıclar Ege dənizinin dibinə 93 Türkiyə bayrağı sancdılar. Aksiyada Muğlada fəaliyyət göstərən özəl məktəblərdən birinin 3 tələbəsi də iştirak edib.