31 OKTYABR

31 OKTYABR
09:13 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2003-cü il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

2006-cı il. Gəncə Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Gəncədə aeroport ilk dəfə 1948-ci ildə tikilib və 1951-ci ildə istifadəyə verilib. Aeroportun uçuş-eniş zolağı yalnız orta tipli və hərbi təyyarələri qəbul edə bilirdi. Buna görə də aeroport 2006-cı ildə yenidən tikilib və həmin il ona beynəlxalq hava limanı statusu verilib. Sovet dövründə qurulmuş bütün avadanlıq tamamilə yeniləşdirilib. Yeni uçuş-enmə zolağı ağır tipli təyyarələri qəbul etməyə imkan verir.

1984-cü il. Hindistanın məşhur siyasi xadimi, ölkənin yeganə qadın Baş naziri İndira Qandi sui-qəsd nəticəsində qətlə yetirilib. İndira Qandi Dehlidə Nazirlər Kabinetinin binasında İngiltərədən onunla müsahibə götürməyə gələn dramaturq, aktyor və telejurnalist Peter Ustinovu qarşılayarkən öz mühafizəçiləri tərəfindən öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR