"Antalya Ekspo 2016" sərgisində Azərbaycan pavilyonu birinci yer tutub

"Antalya Ekspo 2016" sərgisində Azərbaycan pavilyonu birinci yer tutub
10:27 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Antalya Ekspo 2016" sərgisində Azərbaycan pavilyonu birinci yer tutub.
Bu barədə “Report”a Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Türkiyənin Antalya şəhərində keçirilən və oktyabrın 30-da başa çatan "Antalya Ekspo 2016" Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonu birinci yer qazanıb. Azərbaycan pavilyonu birinciliyi eksteryer və interyer bağçası nominasiyasında əldə edib.
Bu kateqoriyada birinci yeri Azərbaycanla yanaşı Çin, Almaniya, Cənubi Koreya, Qətər, Tailand və Yaponiya pavilyonları da qazanıb.
Qeyd edək ki, "Antalya Ekspo 2016"da 2 min kvadratmetrədək ərazini əhatə edən Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulub.
Azərbaycanın milli pavilyonunda ölkənin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilib, həmçinin Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgilər təqdim edilib.
Eksteryer və interyer bağçası kateqoriyası üzrə ikinci yeri Nepal, Macarıstan, İtaliya, Yaponiya, Niderland, Sinqapur, üçüncü yeri Gürcüstan, Qazaxıstan, Kenya, Türkmənistan və Hindistan tutub.
Sərginin başa çatması münasibətilə keçirilən tədbirdə yaşıl şəhər, eksyeryer bağçası, universitet bağçası nominasiyaları ilə yanaşı, xüsusi mükafatlar da təqdim olunub.
Mükafatlandırma mərasimində çıxış edən "Antalya Ekspo 2016"nın təşkilat komitəsinin sədri, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib ki, sərgi 191 gün ərzində 4,5 milyondan artıq yerli və əcnəbi ziyarətçi qəbul edib. Bəzi günlər pavilyonlarla tanış olanların sayı 70 mini ötüb. Beynəlxalq sərgidə 54 ölkə iştirak edib.
Aprelin 22-də açılan "Antalya Ekspo 2016" Beynəlxalq Botanika Sərgisinin fəlsəfəsi "Gələcək nəsillər üçün yaşıl bir dünya", mövzusu "Çiçək və uşaq", şüarı isə "Gələcəyi yaşıllaşdır" olub.




Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/antalya-ekspo-2016-sergisinde-azerbaycan-pavilyonu-birinci-yer-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR