Pakistanda iki naməlum şəxs məktəbə daxil olaraq atəş açıb, yaralananlar var
Paylaş
42 baxış·1 dəq oxu
Bakı. 31 oktyabr. REPORT.AZ/ Pakistanın şimal-şərqində yerləşən Pəncab vilayətində iki naməlum silahlı şəxs özəl məktəblərdən birinə daxil olaraq təhlükəsizlik işçilərinə atəş açıblar. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal polis gəlib. Şagirdləri vaxtında təxliyyə etmək mümkün olub. Amma mühafizəçilər müxtəlif dərəcəli güllə yarası alıb.