XƏBƏRDARLIQ: Noyabrın 1-dən 3-dək hava şəraiti qeyri-sabit keçəcək

XƏBƏRDARLIQ: Noyabrın 1-dən 3-dək hava şəraiti qeyri-sabit keçəcək
12:43 31 Oktyabr 2016
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Noyabrın 1-dən 3-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/174152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR