Müğənni Sinan Akçıl Mayamidə klip çəkdirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klipdə tərəf müqabili seçmək üçün bir çox modellə görüşəm model sonda Aleksandra Rodrigez adlı qızı seçib.
Müğənni Puerto-Rikodan olan modellə kamera qarşısına keçib. Lakin klip çəkilişindən sonra tərəflər arasında sevgi münasibətinin yarandığı deyilir. Çəkiliş meydançasından da kənarda görüşən ikili birgə vaxt keçiriblər. Model bugünlərdə Türkiyəyə gələcək.
Qeyd edək ki, A.Rodrigez müğənni Castin Biberlə sevgili olub və 2 ay əvvəl ayrılıblar.

