Elit təbəqənin bahalı aksesuarı, bizim "aeroport çantası" - fotolar

Elit təbəqənin bahalı aksesuarı, bizim "aeroport çantası" - fotolar
16:41 31 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Futbolçu Pavel Poqrebnyakın həyat yoldaşı Mariya Moskva restoranlarından birində qəribə çanta ilə görünüb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Balenciaga" markasına aid olan çantanın qiyməti 120 min rubldur. (təxminən 3200 manat) Lakin bu çantalar bir müddət əvvəl mediada "Vağzal və yaxud bomj çantaları" adlandırılmışdı.

Rusiyanın elit təbəqəsinin üzvü sayılan Mariya bu aksesuarı Parisdən alıb və bununla, demək olar ki, bütün tədbirlərə və gecə mərasimlərinə qatılır.

Çanta qeyri-adidir, amma onu adi bazarlıq çantalarından fərqlənməməsi və bu qədər bahalı olması hər kəsin gülüşünə səbəb olur.

Qeyd edək ki, bu çantalar ötən illərə qədər Azərbaycanda "aeroport və ya yük çantaları" adı ilə bilinirdi.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR